Ukrayna internet resurslarına xaker hücumu olub

Ukrayna internet resurslarına xaker hücumu olub
 

Paralel.az xəbər verir ki, u gecə Ukraynanın dövlət qurumlarının saytlarına kütləvi xaker hücumu olub.

Bildirilir ki, hazırda Nazirlər Kabinetinin, İcmaların və Ərazilərin İnkişafı Nazirliyinin, İdman Nazirliyinin, Energetika Nazirliyinin, Təhsil Nazirliyinin, Aqrar Siyasət Nazirliyi, Xarici İşlər Nazirliyi və digər qurumların saytları işləmir. 

Həmin saytların üzərində təhdid yazılmış şəkil yerləşdirilib. Qeyd olunur ki, Ukrayna vətəndaşlarının bütün şəxsi məlumatları şəbəkəyə yüklənəcək və yayılacaq.
Akif Nəsirli

0.01071310043335