Ermənistanın dövlət idarəçiliyi   “qanuni quldurluq” hesab edilir

Ermənistanın dövlət idarəçiliyi   “qanuni quldurluq” hesab edilir
 

Paralel.az xəbər verir ki, erməni ekspert Varujan Oktanyan Ermənistanın dövlət idarəçiliyi sistemində korrupsiya olduğunu təsdiq edib: “Əvvəllər büdcə sadəcə, oğurlanırdısa və heç bir mükafat alınmırdısa, indi başqa problemlə, yəni qanuni quldurluqla üz-üzəyik.
Ermənistanın sosial-iqtisadi vəziyyətini və hakimiyyətdən asılı olan funksiyaları nəzərə alsaq, yaşayış səviyyəsində yaxşılaşmanın olduğunu deməzdim. O zaman sual yaranır: idarə edənlər hansı xidmətlərinə görə mükafat alırlar?
Yerli özünüidarəetmə orqanlarına seçkilərdə indiki hakimiyyət məğlubiyyətlə barışa bilmir.
İqtidarda olub uduzursan! Mentalitet belədir. Hazırkı hakimiyyət də analoji obrazla çxış edir”.
Nigar

0.010892868041992