Rus döyüş gəmisi Çanaqqala boğazından keçib

Rus döyüş gəmisi Çanaqqala boğazından keçib
 

Paralel.az xəbər verir ki, Çanaqqala boğazından keçərək Rusiya Hərbi Dəniz Qüvvələrinə aid 148 nömrəli “Orsk” döyüş gəmisi Egey dənizinə doğru irəliləyib.
Türkiyə mətbuatına görə, Rusiya Hərbi Dəniz Qüvvələrininin Qara Dəniz Donanmasına aid 113 metr uzunluğundakı “Orsk” döyüş gəmisi saat 09:45-də Mərmərə dənizindən Çanaqqala boğazına daxil olub. Boğazda manevr etmək üçün ən çətin nöqtə olan Nara burnundan qayıdan döyüş gəmisi saat 11.30 radələrində Çanaqqala cəbhəsinə çatıb.
“Sərnişini dayandır” işarəsi ilə Kilitbahir qalasının qarşısından keçən hərbi gəmini təhlükəsizlik səbəbi ilə Türkiyə Sahil Mühafizəsinin gəmisi müşayiət edib.
Rusiyanın “Orsk” hərbi gəmisi Egey dənizinə doğru üzüb.
Nigar

0.010083913803101