"İranda etirazçılar öldürülür"

 

Paralel.az-ın məlumatına görə, İnsan Haqlarının Monitorinq Təşkilatının illik hesabatında bildirilib ki, İranda etirazlar davamlı yatırılır və etirazçılar öldürülür.

İnsan Haqlarının Monitorinq Təşkilatı tərəfindən hazırlanan hesabatda İranda etirazçılar, milli və dini azlıqların etirazları sərt şəkildə yatırılır, bu zaman ölənlərin olduğu qeyd edilir. Habelə rejim tərəfindən ən azı 254 nəfərin edam edilməsi ilə bağlı məlumatlar yer alıb.

Məlumatda həmçinin internetin məhdudlaşdırılması, yanacaq və yük daşıyanların öldürülməsi haqqında da bilgilərə yer verilib.
Akif Nəsirli

0.010459899902344