Türk müdafiə sənayesi Amerikada

Türk müdafiə sənayesi Amerikada
 

Paralel.az xəbər verir ki, dünyanın aparıcı yüngül silah istehsalçılarından biri olan CANiK  ən böyük sərgi olan SHOT Show-da Türkiyəni ov və atıcılıq aksessuarları ilə təmsil edəcək.
43 ildir odlu silah sənayesi peşəkarlarını bir araya gətirən, dünyanın ən böyük atıcılıq və ovçuluq sərgisi olan SHOT Show-un 44-cü buraxılışı ənənəvi olaraq Las-Veqasdakı Venesiya Sərgi və Konqres Mərkəzində keçiriləcək.
Yarmarka 18-21 yanvar tarixlərində 800 min kvadratmetr sahədə 60 mindən çox sənaye mütəxəssisini qəbul edəcək. Öz sahəsində dünyanın ən böyük ticarət toplantısı olaraq göstərilən yarmarka dünyanın müxtəlif ölkələrindən 2000-dən çox iştirakçı şirkətin Amerikaya və yeni bazarlara çatma hədəfinə istiqamət verəcək.
Amerikaya ixracatda öz sahəsində 3-cü ən böyük şirkət olaraq SHOT Show ixracat çempionu adı ilə Türkiyə müdafiə sənayesinin bayrağını dalğalandıracaq. Sərgidə yeni tapança və aksessuarlara əlavə olaraq sərgilənəcək rəsmi  proqramda Türkiyə müdafiə sənayesinin böyük transformasiyası ortaya qoyulacaq.
Nigar

0.01502799987793