Paytaxtda sürət həddi endirildi

Paytaxtda sürət həddi endirildi
 

Paralel.az xəbər verir ki, ava şəraiti ilə əlaqədar paytaxtın əsas prospektlərindən bəzilərində sürət həddi endirilib.

Bu haqda bu gün Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Heydər Əliyev prospekti - Hava limanı - Bilgəh və Zığ - Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

"Bir daha sürücülərdən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik. Eyni zamanda, piyadalar yolu qarşı tərəfə keçərkən, mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik", - deyə qurum əlavə edib.
Akif Nəsirli

0.012665033340454