ABŞ məhkəməsi  Baydenin  imzaladığı qərarı ləğv edib

ABŞ məhkəməsi  Baydenin  imzaladığı qərarı ləğv edib
 

Paralel.az xəbər verir ki, ABŞ Ali Məhkəməsi prezident Co Baydenin imzaladığı qərarı ləğv edərək böyük müəssisələrdə çalışan işçilərdən Covid peyvəndi tələb olunmayacağına qərar verib: “Qərar Demokratlar Partiyasında çaşqınlıq və məyusluq yaratsa da, keçmiş prezident  DonaldTramp tərəfindən sevinclə qarşılanıb.
ABŞ Ali Məhkəməsi prezident Co Baydenin iri müəssisələr üçün Covid peyvəndi tələbi tətbiq etmək, işçilərin həftəlik sınaqdan keçirilməsi və iş yerində maska taxmaq qərarını dayandırıb. Məhkəmə Bayden administrasiyasının səlahiyyətlərini aşdığına qərar verib.
ABŞ prezidenti Co Bayden məhkəmənin çoxlarının həyatını xilas edəcək ehtiyatlı siyasəti rədd etməsindən məyus olduğunu bildirib.
Baydenin sələfi Tramp məhkəməni verdiyi qərara görə tərifləyib. Məhkəmənin Bayden rəhbərliyinə qarşı geri addım atmamasından qürur duyduqlarını ifadə edən Tramp “məcburi peyvəndin tətbiqi iqtisadiyyatı məhv edərdi” deyib”.
Nigar

0.010716199874878