'4 milyon tümən maaş ölüm həddidir"

'4 milyon tümən maaş ölüm həddidir
 

Mehrad Emad: "4 nəfərlik bir ailə üçün 4 milyon tümən yoxsulluq həddi deyil, ölüm həddidir"

Paralel.az xəbər verir ki, Tehran Ticarət Palatasının idarə heyətinin üzvü İranın Əmək naziri müavininin 4 nəfərlik bir ailənin yoxsulluq həddi ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirib.

Belə ki, Mehrad Emad İranın əmək və ictimai rifah nazirinin müavini Daryuş Əbuhəmzənin daha öncə "4 nəfərlik bir ailənin yoxsulluq həddi 4 milyon tüməndir" deməsinə cavab olaraq bildirib ki, 4 milyon tümən maaş 4 nəfərlik bir ailə üçün yoxsulluq həddi deyil, əksinə ölüm həddidir.
Akif Nəsirli

0.012708902359009