Hindistanda sərnişin qatarı relsdən çıxıb - ölənlər var

Hindistanda sərnişin qatarı relsdən çıxıb - ölənlər var
 

Paralel.az xəbər verir ki, Hindistanın şərqində qatarın toqquşması nəticəsində ölənlərin sayı təxminən 9 nəfərə çatıb. Bundan başqa, qəza nəticəsində 45-ə yaxın adam xəsarət alıb, onlardan 10-nun vəziyyəti ağırdır. Bu barədə NDTV yerli hökumətə istinadən xəbər verir.

Məlumat üçün bildirək ki, Hindistanın Şərqi Qərbi Benqal ştatında, Minaquri şəhəri yaxınlığında sərnişin qatarının təxminən 12 vaqonu relsdən çıxıb. Qəzanın səbəbləri hazırda məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır. Qəza iştirakçısı olan maşınlarda başqa zərərçəkənlərin də olması mümkündür.
Akif Nəsirli

0.011045932769775