Çavuşoğlü Çində səfərdə olub
Çavuşoğlu Vanqla Uyğur türkləri məsələsini müzakirə edib
Paralel.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi səfəri çərçivəsində Çinin Vşi şəhərində Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb.
Çavuşoğlu çinli həmkarı Vanqla Şanxay yaxınlığındakı Vuşi şəhərində görüşdüyünü Twitter hesabından açıqlayıb.
Nazir Çavuşoğlu Twitter hesabında "Çin xarici işlər naziri Vanq Yi ilə ikitərəfli əlaqələrimizi və regional məsələləri müzakirə etdik. İqtisadi əməkdaşlıq imkanlarını dəyərləndirdik. Başda Uyğur türkləri olmaqla gündəmimizdəki məsələlərlə bağlı fikirlərimizi, gözləntilərimizi və həssaslıqlarımızı çatdırdıq" ifadələrini qələmə alıb.
Akif Nəsirli