ABŞ Koreyanın İrana ödəniş etməsinə icazə verdi
Paralel.az xəbər verir ki, Vaşinqton Cənubi Koreyanin İrana milyonlarla dollar vəsait ödəyə bilməsi üçün “xüsusi icazə” verib.
Canubi Koreyanın Xarici İşlər Nazirliyi yanvarın 12-də bildirib ki, Amerika Seula İranın maşınqayırma şirkətinə “ən azı 63 milyon dollar” məbləğində gecikmiş təzminatı ödəməyə icazə verib.
Sözügedən nazirliyin bildirdiyinə görə, Amerika Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi – “OFAC“ yanvarın 6-da Seula İranın "Dəyyani" Maşınqayırma Sənayesi Şirkətinə borcunu ödəmək üçün “xüsusi icazə” icazə verib.
Akif Nəsirli