Alma-ata meri bioloji silah laboratoriyasından danışdı
Alma-Ata rəhbəri tərk edilmiş təhlükəli viruslar laboratoriyası ilə bağlı xəbərlərə cavab verib.
Paralel.az xəbər verir ki, xəbər verir ki, Alma-Ata şəhərinin rəhbəri Bakıtjan Saqintayev təhlükəli viruslar laboratoriyasının mühafizəsiz buraxılması ilə bağlı xəbərləri şərh edib.
Söhbət Məsqut Aykimbayev adına Xüsusi Təhlükəli İnfeksiyalar üzrə Milli Elmi Mərkəzindən gedir. “Bütün bu xəbərlər, şayiələr həqiqətə uyğun deyil. Bioloji laboratoriya qorunurdu, qorunur və qorunacaq”, - deyə Alma-Ata şəhərinin meri "İzvestiys" müxbirinin sualını cavablandırıb.
Daha əvvəl "WarGonzo" Telegram kanalının müharibə müxbiri Semyon Pegov bildirib ki, hakimiyyət Alma-Atadakı bioloji laboratoriyanı təhlükəsizlik olmadan tərk edib.
“Alma-Atada radikallar inzibati binalarla yanaşı, Amerika QHT-lərinin pulu ilə yaradılmış bioloji laboratoriyaya da hücum ediblər. Naməlum səbəblərdən bioloji silahların hazırlanması mümkün olan obyekti cəmi üç nəfər mühafizə edir”, - deyə məlumatda bildirilir.
Peqov bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlılarına obyekti mühafizə etməyə icazə verilməyib.
Almatıda etirazçılarla təhlükəsizlik qüvvələri arasında əsas toqquşmalar yanvarın əvvəlində baş verən iğtişaşlar zamanı baş verib.
Akif Nəsirli