Bayden ABŞ-ın altı ştatına tibbi qruplar göndərəcək
USA Today: "ABŞ prezidenti Bayden COVID-19 ilə mübarizə aparmaq üçün 6 ştata tibbi qruplar göndərəcək"
Paralel.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden koronavirus pandemiyası ilə mübarizədə həkimlərə kömək etmək üçün ölkənin altı ştatına əlavə tibbi qruplar göndərəcək. Bu barədə “USA Today” məlumat yayıb.
Nəşrin məlumatına görə, dövlət başçısı müvafiq bəyanatla yanvarın 13-də Ağ Evdə çıxışı zamanı bu barədə məlumat verib.
Qeyd olunur ki, yardım Nyu-York, Nyu-Cersi, Rod-Aylend, Ohayo, Miçiqan və Nyu-Meksiko ştatlarına göstəriləcək.
Hal-hazırda, COVID-19-a yoluxmuş xəstələr üçün xəstəxanalardakı yerli tibb qrupları, omikron ştammının hallarının kəskin artması fonunda xəstələrin axınının öhdəsindən gələ bilmir.
Daha əvvəl bildirilmişdi ki, ABŞ-da 18 yaşdan kiçik uşaqların xəstəxanaya yerləşdirilmə nisbəti bir həftə ərzində koronavirus səbəbilə 80 faiz artıb. Çox vaxt xəstəxanaya beş yaşdan kiçik uşaqlar müraciət edirlər. Eyni zamanda, yanvarın 10-da ABŞ ölkədə 1,13 milyondan çox COVID-19 yoluxma hadisəsi aşkar edilərək, gündəlik koronavirus infeksiyası sayına görə yeni dünya rekordu müəyyən edib.
Akif Nəsirli