Dünyada birjalarında neftin qiyməti düşür
Paralel.az Investing.com-un məlumatına istinadən xəbər verir ki, son iki ticarət günü ərzində orta hesabla 5% dəyər qazandıqdan sonra neftin qiyməti ucuzlaşıb.
Brent markalı neftin fevral fyuçersləri 0,1% ucuzlaşaraq barreli 84,47 dollar olub.
WTI-ın fevral fyuçersləri 0,21% ucuzlaşaraq bir barel üçün 82,46 dollar olub.
Neftin qiymətinin aşağı düşməsinə ABŞ Energetika Nazirliyinin məlumatı səbəb olub.
Belə ki, yanvarın 7-də bitən həftə ərzində ölkədə kommersiya neft ehtiyatları 4,6 milyon barel və ya 1,1% azalaraq 413,3 milyon barelə düşüb.
Bundan əlavə, investorlar hələ də Qazaxıstanda baş verən cari hadisələrdən narahatdırlar.
Azərbaycan nefti dünya birjalarında deyil, limanlarda sayıldığından hələ birjalarda gedən ucuzlaşma prosesindən təsirlənməyib.
Akif Nəsirli