Azərbaycan neftinin dəyəri dinamik şəkildə artır
Paralel.az xəbər verir ki, dünya bazarında Azərbaycanın "Azeri Light" markalı neftinin bir barelinin qiyməti 1,57 dollar və ya 1,80% artaraq 88,45 dollar təşkil edib.
Dünən bazarda Brent markalı neftin bir barreli 84,47 dollar olub.
Azərbaycanın builki dövlət büdcəsində neftin qiyməti 50 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Xatırladaq ki, “Azeri Light” markalı neftin minimal qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Akif Nəsirli