Petr Fial etik normaları keçdi

Petr Fial etik normaları keçdi
 

Paralel.az xəbər verir ki, Çexiyanın Baş naziri Petr Fial parlamentin sessiyasında söyüş söyüb.

Bu barədə yerli “Novinky” qəzeti bildirib.

Belə ki, mikrofonun açılmasını hiss etməyən Baş nazir parlamentdə hökumətə etimadın ləngiməsini küçə söyüşü ilə ifadə edib.

Baş nazirin mətbuat katibi Vaslav Smolka bildirib ki, Fial da insandır: “O, tədbirin başlaması ləngidiyi üçün təsadüfən söyüş söyüb”.

Ehtimal edilir ki, Baş nazir deputatların hökumətə etimad göstərmək üçün toplanmaq istəmədiklərindən narahatlığını belə büruzə verib.

Məlumata görə, deputatlar səs vermək üçün toplaşmaq istəmirmiş.

Şahnaz 

0.036396026611328