Dünyada koronavirusa yoluxma rekordu qeydə alınıb

Dünyada koronavirusa yoluxma rekordu qeydə alınıb
 

Paralel az xəbər verir ki, yanvarın 13-ü səhər saatlarına olan məlumata görə, cəmi bir gün ərzində dünyada rekord sayda - 317 694 760 koronavirusa yoluxma faktı təsdiqlənib.

Məlumat "Worldometers" saytında dərc olunub.

Ən çox yeni koronavirusa yoluxma halları ABŞ (814 min), Fransa (361 min), Hindistan (247 min) və İtaliyada (196 min) qeydə alınıb.

ABŞ, Rusiya və Polşada gündə ən çox insan ölür.

Son məlumatlara görə, koronavirus pandemiyası 5 milyon 531 min 387 nəfərin həyatına son qoyub. 262 912 641 nəfər sağalıb.

Koronavirus 221 ölkə və regionda qeydə alınıb.
Akif Nəsirli

0.055205106735229