Saakaşvilinin məhkəmə prosesi keçirilir

Saakaşvilinin məhkəmə prosesi keçirilir
 

Gürcüstanın dövlət sərhədini qanunsuz keçməkdə təqsirləndirilən üçüncü prezident Mixail Saakaşvilinin məhkəmə prosesi keçirilir.

Paralel.az xəbər verir ki, məhkəmə iclasında Mixail Saakaşvili şəxsən iştirak edir. Bugünki prosesdə eyni iş üzrə təqsirləndirilən şəxslər - Elquca Çomaia, Şalva Cocoria, Zurab Cocoria və Giorgi Narimanidzenin də dinlənilməsi nəzərdə tutulub.

Məhkəmə iclasında Mixail Saakaşvilinin ailə üzvləri, qardaşı Giorgi Saakaşvili və anası Giuli Alasaniya, həmçinin, bəzi ictimai-siyasi şəxslər iştirak edirlər.
Akif Nəsirli

0.011005878448486