“Salam, Türkiyə!” kampaniyası başlayıb
Paralel.az xəbər verir ki, Türkiyə Rabitə İdarəsi ölkənin milli və beynəlxalq adının “Türkiyə” kimi istifadə olunmasının beynəlxalq mediada daha effektiv şəkildə işıqlandırılması məqsədilə “Salam Türkiyə” adlı kampaniyaya başlayıb.
Türk brendinin gücləndirilməsi istiqamətində hazırlanan kampaniyanın tanıtım videosu Kommunikasiya Müdirliyinin sosial media hesablarında paylaşılıb. Orada Türkiyənin müxtəlif yerlərindəki xarici turistlərin öz tələffüzlərində “Salam Türkiyə” deyən görüntüləri yer alıb. Əcnəbilərin sosial media üzərindən Türkiyənin adını müxtəlif dillərdə istifadə etməyin qarşısını alaraq “Türkiyə” ifadəsini işlətmək hədəflənir.
Kommunikasiyalar Direktoru Fahrettin Altun Türkiyə adının beynəlxalq mediada yalnız “Türkiyə” kimi istifadə edilməsi ilə bağlı prezident R.T.Ərdoğanın imzasını xatırladaraq deyib: “Bu qərar beynəlxalq aləmdə söz birliyinin yaradılması və türk markasının güclənməsi hədəfinə doğru atılan mühüm addımdır. Türkiyə hər sahədə olduğu kimi dil və ünsiyyətdə də özünü və kimliyini gücləndirib. Biz Türkiyə Brendini quracağıq”.
Nigar