Ukraynada Qərbdən daha çox dəstək istədi
Paralel.az RİA Novosti-ya istinadən məlumatına görə, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov bildirib ki, Ukrayna Qərb tərəfdaşlarından daha çox dəstək almaq istəyir və xüsusilə Əfqanıstanın əvvəllər aldığı hərbi yardım fonunda gələcək yardıma ümid edir.
"Qərb tərəfdaşlarımızın dəstəyi, təəssüf ki, müxtəlif intensivlik rejimində olsa da, daim mövcuddur. Əlbəttə, biz daha çoxunu istərdik, Əfqanıstanın Taliban öncəsi ABŞ-dan aldığı böyük yardım qədər dəstək istəyirik. Bu halda amerikan silahları mütləq güclü əllərdə olacaqdı, Əfqanıstan hökuməti kimi düşmənlə ilk qarşılaşmada onları tərk etməyəcər, Rəşadətlə döyüşəcəyik”, – Danilov “Ukrayinska Pravda”ya müsahibəsində bildirib.
O qeyd edib ki, Kiyev Qərbin və xüsusilə NATO-nun davamlı dəstəyinə ümid edir.
"Bu, xüsusilə hava hücumundan müdafiə və Ukrayna ərazisində kəşfiyyat fəaliyyətini həyata keçirmək imkanlarını artıran Rusiya pilotsuz təyyarələri ilə mübarizə vasitələri baxımından maddi yardıma aiddir”, - o deyib.
Onun sözlərinə görə, həm NATO qüvvələri, həm də Ukrayna ilə birgə Qərb hərbi təlimlərinin keçirilməsi də son dərəcə vacibdir.
"Ayrıca məsələ NATO gəmilərinin Qara dənizdə rotasiya əsasında daimi mövcudluğudur və ilk növbədə, söhbət raket silahı olan gəmilərdən gedir", - Danilov bildirib.
Akif Nəsirli