Mehmet Ceyhan: “Ayda üç dəfə “Omicron”a tutulanlar var”
Paralel.az xəbər verir ki, doktor Mehmet Ceyhan “Omicron” ştammının təhlükəsindən bəhs edib: “Omicron əvvəlki variantlarla müqayisədə təəssüf ki, daha az immunitet buraxır, immunitet sistemini daha az stimullaşdırır, bir növ ondan gizlənir.
“Omicron” olan xəstə bəzən hətta iki həftə sonra ikinci dəfə xəstəliyə yoluxur. Ayda üç dəfə “Omicron”a tutulanlar da var.
Uşaqlar ən çox xəstələnən və virusu ötürən qrup olub. Bu, “Omicron”da daha da artıb. Hazırda 0-5 yaş qrupu “Omicron”dan ən çox təsirlənir.
Bu, əvvəllər heç vaxt öyrəşmədiyimiz bir yaş qrupudur. Çünki bu yaş qrupunun daha az yoluxucu olduğunu düşünürük, ona görə də biz həmişə məktəbləri bağlamışıq.
Hazırda körpələr evi uşaqlarının sağlamlığının qorunması üçün tədbirləri gücləndirməliyik.Tətbiqlərdə və tədbirlərdə dəyişiklik etməliyik”.
Nigar