Məhşur şirkətdən tarixçiyə dəsdək

Məhşur şirkətdən tarixçiyə dəsdək
 

Amazon onlayn satış şirkəti Azərbaycan tarixçisi Cəmil Həsənlinin "Stalin və soyuq müharibənin başlanğıcında sovet siyasəti: cənub qonşuları Moskvanın kölgəsində, 1945-1947” (Stalin and Soviet Early Cold War Policy: Southern Neighbours in the Shadow of Moscow, 1945-1947) kitabının satışını anons edib.

Paralel.az xəbər verir ki, 272 səhifəlik kitab 8 iyul 2022-ci ildə ingilis dilində işıq üzü görəcək.

Kitabda Həsənli İkinci Dünya Müharibəsindən dərhal sonra Sovet İttifaqının cənub qonşuları ilə münasibətlərinin əsas aspektlərini açmaq üçün bir sıra yeni əldə edilmiş arxiv mənbələrindən istifadə edib.

Türkiyə, İran və Çinlə əlaqələrdən danışan Həsənli Stalinin Bosfor və Dardanelə, İran Azərbaycanı və Sintszyana sovet təsiri strategiyasını necə işləyib hazırladığını araşdırıb.

"Müxtəlif dövrlərdə bu, müxtəlif dərəcədə məcburiyyət, diplomatiya, casusluq və vasitəçiliyi əhatə edib. Soyuq müharibə bir qayda olaraq, Avropadakı gərginliklə əlaqəli olsa da, onun ən erkən hərəkatlarının bəzisi əslində Mərkəzi və Qərbi Asiyada baş verib," o qeyd edib.

Cəmil Həsənli bildirir ki, 1945-1947-ci illər cənuba doğru sovet ekspansiyasının və Stalin-Molotov yeni doktrinasının aktiv mərhələsi olub. Bu regionlardan sovet ekspansionist siyasəti üçün sınaq poliqonu kimi istifadə olunub, onların bir çoxu uğurlu nəticələnməyib və beləliklə, Qərbə qarşı sovet siyasətinin sonrakı formalaşmasında mühüm rol oynayıb.

Tarix elmləri doktoru Cəmil Həsənli SAS-IHR London Universitetinin elmi əməkdaşıdır. Onun monoqrafiyaları ABŞ, Böyük Britaniya, Azərbaycan, Rusiya, Türkiyə, İran, Honq Konqda nəşr olunub.

O, Türkiyə Tarix Birliyi və Amerika Tarix Assosiasiyasının fəxri üzvüdür.

Züleyxa Ələkbərqızı 

0.083257913589478