Hansı ölkə “Test” qıtlığından əziyyət çəkir?
Bayden administrasiyası yaxın zamanda səhiyyə sığortaçılarından ayda adambaşına səkkiz ev testi dəstinin xərclərini ödəməyi tələb edəcək. Yalnız bir problem var - bir çox insanın evdə test etmək üçün hətta bir dəst tapması belə, mümkün deyil.
Nyu Orleanda yaşayan jurnalist Keytlin Umholtz bildirir ki; "Omikron başlamazdan çox əvvəl Fransaya səfər etməyi planlaşdırmışdım və biz səyahət edərkən çox diqqətli idik. Ancaq evə gələndə boğazım ağrıdı və mən hələ mövcud olduğu vaxt aldığım dəstlə özümü dest elədim”.
Nyu Orleanın Səhiyyə Departamentinin direktoru Cennifer Aveqno ev testlərinin tədarükü tamamlanana qədər yerli hökumətlərin vəziyyəti yaxşılaşdırmaq üçün çox az iş görə biləcəyini deyir.
“Biz demək olar ki, bir ay əvvəl on minlərlə test üçün sifariş verdik, lakin hələ də almamışıq. PZR test məntəqələrimiz açıqdır, lakin onlar çox məşğuldurlar və hətta bu belə test nəticələri müddətini xeyli uzadıb" - deyə, Cennifer Aveqno bildirib.
Məyusluqlar artdıqca bir çoxları evdə sınaq dəstlərinin ölkə boyu çatışmazlığında, eləcə də bir çox test məntəqələrinin tələbatın gözlənilmədən baş verən artımı idarə edə bilməməsində kimin günahkar olduğunu düşünür. Bir çox amerikalı bütün bunlarda Bayden administrasiyasını günahlandırır. FiveThirtyEight.com saytı tərəfindən aparılan rəy sorğularının nəticələri göstərib ki, amerikalıların yalnız 46,6%-i prezident Baydenin koronavirus böhranına münasibətini bəyənib. Bu rəqəm prezident üçün rekord dərəcədə aşağıdır.
Şahnaz Salehqızı