Erməni siyasətçidən iddia: “Bayraktar” heç də toxunulmaz deyil”

Erməni siyasətçidən iddia: “Bayraktar” heç də toxunulmaz deyil”
 

Paralel.az xəbər verir ki, erməni siyasətçi Avetik Çələbyan  iddia ilə çıxış edib: ““Bayraktar” PUA-ya qarşı mübarizənin siyasi iradə və səriştə tələb edən bir neçə real həlli var ki, Ermənistanın indiki hökuməti heç vaxt buna nail ola bilməyib.
Ermənistanda geniş yayılmış fikrin əksinə olaraq, “Bayraktar” heç də toxunulmaz deyil. Bu gün Bayraktarlara qarşı durmağın bir neçə real yolu var.
İlk növbədə, hava hücumundan müdafiə qüvvələrimizi “Bayraktar”a qarşı mübarizədə effektivliyini sübut edən yeni silahlarla (“Tor”, “Pantsir” və ya “Buk”) doldurmalıyıq. Bu ən zəmanətli həlldir, lakin vaxt və pul tələb edir. Müvəqqəti həll yolu kimi biz Rusiyadan artıq istifadə olunmuş vəsaitləri müvəqqəti ala bilərik.
Rusiyanın dəstəyi ilə Bayraktarlarla mübarizənin digər effektiv vasitəsi müharibədən əvvəl alınmış Su-30 qırıcılarının istifadəsi ola bilər.
Bayraktarların istifadəsinə cavab olaraq, öz hücum İHA-larından istifadə etmək olar. Bu gün Ermənistanda bir sıra şirkətlər onları istehsal edə bilər. Lakin bizə məlum olmayan səbəblərdən ölkənin Müdafiə Nazirliyi onları almağa və ya istifadə etməyə tələsmir”.
Nigar

0.011467933654785