Hərbi icmalçı: “İrəvanda bunu anlamalıdırlar"
”Görünür, İrəvanda təxribat üçün münasib vaxt seçiblər, çünki KTMT ölkələri təşkilatın mövcud olduğu 30 ildə ilk dəfə olaraq Qazaxıstanda birgə əməliyyat keçirdi. Amma Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı telefon danışıqları bunun əksini göstərdi. Ermənistan KTMT-yə sədrlik edir və buna görə də, Rusiyanın rəsmi mənbələrinə görə, söhbət əsasən KTMT-nin Qazaxıstandakı sülhməramlı əməliyyatının gedişi barədə olub. Qarabağ mövzusu da kənarda qalmayıb: “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli bəyanatlarında qeyd olunan razılaşmaların icrası ilə bağlı bəzi məsələlər” müzakirə edilib. Sərhəddəki hadisələr haqqında bir kəlmə də olmayıb”.
Aleksandr Artamonov daha sonra bildirib ki, İrəvanda görünür, Ermənistanla Azərbaycan arasındakı sərhəddə öz daxili məsələlərini həll etmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hansısa müdaxiləsinə ümid edirlər. Amma dərhal qeyd etmək istəyirəm ki, bu cür hərəkətləri təxribatdan başqa nəsə adlandırmaq çətindir. KTMT heç vaxt Ermənistanla Azərbaycan arasında vəziyyətə qarışmayacaq. Və istər Qazaxıstanda, istərsə də başqa yerdə hadisələrin olub-olmamasının buna dəxli yoxdur.
”KTMT kontingenti Qazaxıstana yalnız ona görə müdaxilə etdi ki, KTMT-nin bir hissəsi olan ölkənin ərazisində hansısa xarici təsir təhlükəsi var idi. İndi isə Ermənistan və Azərbaycan haqqında. Burada sərhədlərin demarkasiya məsələsi var. Amma təbii ki, KTMT müdaxilə etməyəcək. Nə 90-cı illərin, nə də 44 günlük müharibədə belə bir şey olmayıb. Ona görə də, bir daha deyirəm, bəlkə də indi biz Ermənistan rəhbərliyinin hansısa təxribatçı hərəkətlərini görürük. Təəssüf ki, bu, insan tələfatına səbəb olub. Amma bu, erməni militaristləri üçün heç bir nəticə vermədi”.
Şahnaz Salehqızı