Güllənənən ilxının sahibi cinayətkarların insanlara zərərindən ehtiyat edir
Paralel.az xəbər verir ki, atları güllələnən altaylı fermer Nikolay Drokov cinayətkarların növbəti dəfə insanlara hücum edə biləcəyini deyib.
Regional DİN bildirib ki, Petropavlovsk vilayətində naməlum şəxslər yerli fermerə məxsus 53 atı öldürüb. Faktla bağlı “Başqasının əmlakını qəsdən məhv etmə və ya zədələmə” maddəsi ilə cinayət işi başlanıb.
Bu hadisə rayonda ilk dəfədir ki, baş verir. Drokovun ölmüş atları hələ də tarladadır, polis və kriminalistlər hadisə yerində işləyirlər.
Ölən atların dəyəri təxminən 5 milyon rubl təşkil edir. Amma fermer qeyd edir ki, pulu geri almaq onun üçün “canavarı” və növbəti cinayətləri dayandırmaq qədər vacib deyil.
Nigar