Qoşqar Təhməzlinin qohumuna məhkəmə vaxtı təyin olundu

Qoşqar Təhməzlinin qohumuna məhkəmə vaxtı təyin olundu
 

Paralel.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi “MİDA” MMC-nin direktoru Fərhad Təhməzovun oğlu İsrafil Təhməzli barəsində məhkəmə iddiası qaldırıb. Hakim Zeynəb Axundovun sədrliyilə məhkəmənin hazırlıq iclası keçirilib və məhkəmə 25 yanvar tarixinə təyin olunub.

Məlumat üçün bildirək ki, Aqrar Kredit və İnkişaf Agentliyi iddianı lizinq müqaviləsi üzrə mübahisələrlə bağlı qaldırıb.

İsrafil Təhməzli Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşı oğludur. Qeyd edək ki, Daha əvvəl mətbuatda Təhməzli qardaşlarının və onların övladlarının biznes fəaliyyətilə bağlı məlumatlar yayılıb.

Şahnaz Salehqızı

0.032876014709473