NATO-nun müdafiə nazirləri gürcü və ukraynalı həmkarları ilə görüşəcək
Paralel.az xəbər verir ki, yanvarın 12-13-də NATO-ya üzv ölkələrin Müdafiə Nazirlərinin Hərbi Komitəsinin iclası keçiriləcək. Bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
Mövcud məlumata görə, yanvarın 13-də NATO-nun müdafiə nazirləri gürcü və ukraynalı həmkarları ilə görüşəcəklər. Görüş virtual formatda baş tutacaq.
Onlayn iclasın iştirakçıları Gürcüstan və Ukraynada təhlükəsizlik vəziyyətini, eləcə də müdafiə sahəsində aparılan islahatları müzakirə edəcəklər.
Akif Nəsirli