EMA "gücləndiricilər"lə bağlı açıqlama verdi

EMA
 

Müntəzəm olaraq COVID-19 gücləndiriciləri immunitet sistemini zəiflədə və insanları yora bilər.

Paralel.az xəbər verir ki, bu barədə Avropa Dərman Agentliyinin (EMA) keçirdiyi brifinqdə məlumat verilib. Bu barədə "Bloomberg" yazır.

EMA-nın bioloji sağlamlıq təhdidləri və peyvənd strategiyalarının rəhbəri Marco Cavalieri, "Siz gücləndiricini bir və ya iki dəfə edə bilərsiniz, lakin bu, təkrar-təkrar etməli olduğunuz bir şey deyil" dedi.

Əvəzində, o deyir ki, revaksinasiya proqramları arasında böyük intervallar saxlamaq və onları soyuq havaların başlanğıcına uyğunlaşdırmaq lazımdır.

Arayış üçün Aİ bildirir ki, "omikron" koronavirus ştamından qorunmaq üçün revaksinasiya lazımdır.

Həmçinin 2022-ci ildə İsrail 2 "gücləndirici"yə icazə verən ilk ölkə oldu. İsraildə ümumilikdə 60 yaşdan yuxarı vətəndaşlar 4 dəfə koronavirusa qarşı peyvənd olunub.
Akif Nəsirli

0.022105932235718