Addım-addım Qazaxıstan hadisələri

Addım-addım Qazaxıstan hadisələri
 

1) Hadisənin səbəbləri

- Qazaxıstanda işğal faciə ilə nəticələnən hadisənin baş verməsinin əsas səbəbi bu ölkədəki zülmdür. Zülm anlayışının içində bunlar var: a) siyasi zülmqazax xalqı hakimiyyətin qaynağı olmaq imkanından məhrum edilmişdir. Nazarbayev 30 il ərzində bütün səviyyələrdə olan seçkiləri (prezident, parlament, bələdiyyə) saxtalaşdırmış, hakimiyyətin qanadlarını öz iradəsinə uyğun biçimdə formalaşdırmış, xalqın seçmək seçilmək imkanını əlindən almış, nəticədə, heç bir dövlət qurumu xalqın hüquqlarını qorumaq vəzifəsini üzərinə götürməmiş, bu da siyasi gərginliyə yol açmışdır (Tokayev bu saxtakarlıq siyasətini davam etdirmişdir). Nazarbayev formal olaraq prezidentlikdən əl çəksə , özü üçün daha böyük vəzifə ayıraraq ölkəni pərdə arxasından idarə etmiş, hakimiyyətin zirvəsində bölünmə, gizli, amansız mübarizə ortaya çıxmışdır. Nazarbayev özünü bütləşdirmə siyasəti tətbiq etmişdir: heykəllərini qoydurmuş, xalqın atası olduğunu elan etmiş, ölkənin paytaxtının adını dəyişdirib Nursultan qoymuş, adı yüzlərlə quruma verilmişdir. Ailəsinin ölkə daxilində xaricdəki sərvətini hesablamaq isə mümkün olmamışdır. Nazarbayev özünü bütləşdirməklə qazax xalqına siz mənim köləmsiniz mesajını verdiharada bütləşdirmə varsa, orada kölələşdirmə var - qazax xalqı isə onun köləliyini qəbul etmədi. Yeri gəlmişkən, Nazarbayevin milliyyətçi olduğunu söyləyirlər. Bu təsbitin yanlış olduğu üzə çıxmışdır: milliyətçi olan ölkəsini bu vəziyyətə salmaz, xalqın dar günündə qaçmaz, gizlənməz, susmaz. Nazarbayevin milliyyətçiliyi xalqı aldatmaqdan başqa bir şey deyil. Xalqına ədalət azadlıq vermək istəməyən liderlər ya milli duyğuları, ya da dini duyğuları körükləyirlər; b) ictimai zülmQazaxıstanda tayfabazlıq, yerliçilik, rüşvət, tanışlıq ölçüsü ilə insanları vəzifələrə təyin etmək dövlət siyasətinə çevrilmiş, hakimiyyətin bütün qolları rüşvətə bulaşaraq öz vəzifəsini yerinə yetirmək imkanını itirmiş, əhlinə verilməlidir ölçüsü pozulmuş, nəticədə, xalqla hakimiyyət arasında uçurum dərinləşmişdir; c) hüquq sistemindəki zülmhüquq mühafizə orqanları, o sıradan məhkəmələr siyasi hakimiyyətin cəza qurumu kimi fəaliyyət göstərmiş, ədaləti, insan haqlarını təmin etməmişdir; d) iqtisadi zülmQazaxıstanda xalqın müəyyən iqtisadi imkanları olsa da, halal ruzi qazanmaq yolları məhdudlaşdırılmış, insanlar əməyinin qarşılığını ala bilməmiş, paralel olaraq da hakim elitaya bağlı olanlar ölkənin sərvətlərini talan etmiş, nəticədə, zənginlərlə yoxsullar arasında uçurum dərinləşmişdir. Bunun bir qanun-ölçü olduğunu unutmayaq: hakimiyyətin xalqa xidməti sevgiyə, o da itaətə, hakimiyyətin xalqa zülmü nifrətə, o da üsyana yol açır;

- Qazaxıstandakı dinc etirazlar niyə üsyana çevrildi? Səbəbləri sıralayaq: a) ölkədə ciddi, güclü siyasi müxalifətin formalaşmasına imkan verilmədi. Xalqı idarə edəcək, etirazları doğru hədəfə yönəldəcək siyasi təşkilatlar, liderlər olmadığından etiraz yolundan çıxarılmış, məqsədli biçimdə üsyan olmasının yolu açılmış, həddini aşan ziddinə dönər qanunu işə düşmüş, etiraz inqilaba deyil (inqilabın proqramı, liderləri, təşkilatları, aydın siyasi hədəfləri olur) üsyana çevrilmişdir; b) Qazaxıstanda azad mətbuatın olmaması, dinc mitinqlərin keçirilməsinə izin verilməməsi xalqı sıxıntılarını ifadə imkanından məhrum etmiş, yığılan mənfi enerji atəş olmuşdur; c) zülmün dərinliyi qəzəbə, nifrətə, düşmənliyə, qisasa yol açmışdır; d) etirazın üsyana çevrilməsi üçün şüurlu biçimdə kənardan müdaxilə olmuşdur. Bu müdaxilənin ünvanı Rusiya ona bağlı Qazaxıstan hakimiyyətidir. Dəlillərimizi ortaya qoyaq: 1) Tokayevin xalqın tələbinə öncəki münasibəti ilə sonrakı münasibəti arasında yerlə göy qədər fərq var. O, etirazlar başlayanda deyirdi ki, xalq haqlıdır, tələbləri yerinə yetiriləcək. Tokayev hökuməti istefaya göndərdi, Nazarbayevi vəzifəsindən azad etdi, islahatlar olacaq dedi; 2) Tokayev etirazlar güclənəndən sonra üslubunu, davranışlarını dəyişdi. Səbəb Rusiyanın prosesə müdaxiləsi onun hakimiyyətdən getmə təhlükəsinin ortaya çıxmasıdır. Rusiya gördü ki, etirazlar güclənsə, üç mümkün nəticə ola bilər: a) Qazaxıstandakı hakimiyyət istefaya gedər; b) ya da yeni seçkilər təyin olunar; c) ya da ki etirazçılar hakimiyyəti ələ keçirərlər; Bu üç halın üçündə Rusiyanın Qazaxıstanda əsas dayağı olan hakimiyyət əldən gedər. Rusiyanın  Qazaxıstanda öz adamını seçkilər yolu ilə hakimiyyətə gətirmək imkanı olmadığından bircə yolu qaldı: hərbi müdaxilə, o bu addımı atdı, ona bağlı siyasi rejimi qorudu, hakimiyyət əldən gedərsə, Qazaxıstan da əldən çıxar ölçüsü ilə hərəkət etdi. Rusiya etirazları başladan dövlət deyil, etirazları üsyanı  fürsətə cevirən dövlətdiriçəridə qaynağı olmayan heç bir xarici müdaxilə, siyasi oyun uğur qazana bilməz; d) Rusiyanın müdaxiləsinin yolunun açılması üçün etirazların üsyana, talana çevrilməsinə, xalqa terrorist deyilməsinə, bu hərəkat kənardan idarə olunur mifinə, xaricdən gələn terroristlər Qazaxıstana yerləşmişlər yalanına ehtiyac var idi. Bu iddiaları ortaya atan Tokayev indiyədək heç bir inandırıcı fakt ortaya qoya bilməmiş, heç bir xarici dövlətin adını çəkməmişdir. Tokayevin Qazaxıstanın yüz minlik ordusu olduğu halda niyə Rusiyadan hərbi yardım tələb olunmuşdur sualına cavab vermək imkanı yoxdur. O, indi deyir ki, terroristlərin meyitləri meyitxanalardan oğurlanmışdır. Göstərilən səbəblərlə etiraz yolundan çıxarıldı, Rusiyanın müdaxiləsinin önü açıldı, ideoloji zəmin hazırlandı, Rusiya Qazaxıstanı işğal etdi, Qazaxıstanı Rusiyaya bağlayan siyasi rejimi qurtardı.

 Siracəddin Hacı   Paralel.az

0.086664915084839