"Hər bir ölkənin öz yolunu seçmək hüququ var"
Paralel.az-ın məlumatına görə, ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman bildirib ki, NATO-Rusiya Şurasının iclası zamanı o, hər bir ölkənin öz yolunu seçməkdə suveren hüququ olduğunu vurğulayıb.
“Bu gün NATO-Rusiya Şurasında mən beynəlxalq sistemin və Avropa təhlükəsizliyinin fundamental prinsiplərini vurğuladım: hər bir ölkənin öz yolunu seçmək suveren hüququ var”, - Şerman Twitter-də yazıb.
Rusiya Federasiyası və ABŞ yanvarın 9-10-da Cenevrədə Moskvanın təhlükəsizlik təminatı ilə bağlı təklifləri ilə bağlı məsləhətləşmələr aparıb, ardınca Brüsseldə Rusiya-NATO Şurasının iclası keçirilib. Sonra Vyanada - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının platformasında məsləhətləşmələr keçiriləcək.
2021-ci ilin sonunda Rusiya ABŞ-la müqavilələr və NATO ilə təhlükəsizlik zəmanətləri ilə bağlı saziş layihələrini dərc etdi. Moskva xüsusən də Qərb tərəfdaşlarından NATO-nun şərqə doğru genişlənməsindən, Ukraynanın bloka qoşulmaqdan və postsovet ölkələrində hərbi bazaların yaradılmasından imtina üçün hüquqi təminat tələb edir.
Akif Nəsirli