Nursultan Nazarbayevin yeri məlum olub

Nursultan Nazarbayevin yeri məlum olub
 

Paralel.az xəbər verir ki, Qazaxıstanın səfiri Abdıkərimov keçmiş prezident Nazarbayevin Nur-Sultanda olduğunu təsdiqləyib.

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev hazırda ölkənin paytaxtı Nur-Sultandadır.

RİA Novosti yanvarın 12-də xəbər verir ki, bunu respublikanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov deyib.

"Nazarbayev Qazaxıstanın paytaxtındadır. O, vəziyyəti daim izləyir", - diplomat vurğulayıb.

O, əlavə edib ki, siyasətçi dost ölkələrin başçıları ilə bir neçə dəfə telefon danışığı aparıb. Nazarbayevin Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayevlə daimi əlaqədə olduğu da bəlli olub.

Yanvarın əvvəlində bir neçə yerli KİV respublikanın keçmiş prezidentinin qızları və ailələrinin ölkədən qaçması barədə məlumat vermişdi. Məlumatda qeyd olunrdu ki, Qazaxıstanda yalnız Nazarbayevin kiçik qardaşı Bolat qalıb.

Eyni zamanda, keçmiş dövlət liderinin mətbuat katibi Aidos Ukibai siyasətçinin Nur-Sultanda olduğunu bildirərək, bu məlumatı təkzib edib. Onun sözlərinə görə, ölkənin keçmiş lideri bir sıra məşvərət görüşlərində iştirak edib və Tokayevlə əlaqə saxlayıb.

Qazaxıstanda kütləvi etirazlar bazar günü, yanvarın 2-də avtomobillərdə qazın qiymətinin bir litr üçün 60 təngədən 120 təngəyə (10-dan 20 rubla) kəskin artması ilə bağlı başlayıb. Tezliklə etirazçılar siyasi tələblər irəli sürdülər: hökumətin istefası, yeni seçkilərin keçirilməsi, Nazarbayevin siyasətindən geri çəkilmək.
Akif Nəsirli

0.035017967224121