Vətəndaşımız İstanbulda silahlı hücuma məruz qaldı
Paralel.az xəbər verir ki, İstanbulda Azərbaycan vətəndaşı olan kişi küçədə uşaqların gözü qarşısında silahlı hücuma məruz qalıb.
Məlumata görə, naməlum şəxslər dövlət qeydiyyatı nişanı gizlədilmiş avtomobildən düşərək soydaşımıza atəş açıblar. Nəticədə kişi ayağından yaralanıb. Hücumçular isə hadisə yerindən qaçıblar.
Akif Nəsirli