Alimlər toyuq yumurtasından peyvənd hazırlamağı təklif edir
Paralel.az xəbər verir ki, toyuq yumurtasından əldə edilən immunoqlobulin burundaxili peyvənd kimi sınaqdan keçirilib: “ABŞ və Avstraliya alimləri toyuq yumurtasından COVID-19-a qarşı kliniki sınaqlar aparıblar.
Onlar intranazal COVID-19 peyvəndləri üçün sürətlə böyük miqdarda antikor yaratmaq üçün ucuz bir üsul işləyib hazırlayıblar. Toyuqlara SARS-CoV-2 sünbül zülalının reseptor bağlayan domenini yeridiblər. Belə peyvənddən iki-üç həftə sonra toyuq yumurtalarında SARS-CoV-2-yə qarşı kifayət qədər IgY antikorları qeydə alınıb.
Toyuq IgY antikorlarının faydalarından biri də ağır immun reaksiyaların riskini azaltmasıdır.
Alimlər qeyd edirlər ki, toyuq yumurtasının immunoqlobulinə əsaslanan intranazal vaksin koronavirusun bütün variantlarına qarşı təsirli olacaq”.
Nigar