Tokayev Alma-Ataya gəlib

Tokayev Alma-Ataya gəlib
 

Paralel.az INTERFAX.RU-ya istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev çərşənbə günü Almatıya gəlib. Xəbəri dövlət başçısının mətbuat xidməti İnterfaks-a təsdiqləyib.

Yanvarın 12-də səhər saatlarında Qazaxıstan KİV-ləri, eləcə də şəhərdə kortej və səmada gəzən vertolyot görən şahidlərin sözlərinə istinadən prezidentin Alma-Ataya gəlişi barədə məlumat yayıb.

Tokayev şəhərdə qərargahın iclasında iştirak edib, həmçinin həlak olan polis əməkdaşları və hərbçilərin qohumları və yaxınları ilə görüşüb.

Yanvarın 4-də Alma-Atada qazın bahalaşmasına qarşı etiraz aksiyaları başlayıb. Etiraz aksiyaları əvvəlcə dinc keçib, daha sonra izdiham təhlükəsizlik qüvvələrinə, mağazalara və inzibati binalara hücuma başlayıb. Şəhərdə akimlik və prezident iqamətgahı yandırılıb. Yanvarın 7-də xalqa müraciətində Tokayev bildirib ki, Alma-Ataya 20 min quldur hücum edib.

Əsas obyektləri mühafizə edən KTMT sülhməramlılarının gəlişindən sonra vəziyyət sakitləşməyə başlayıb. Yanvarın 12-də səhər saatlarında şəhərdə iğtişaşların və terror aktlarının iştirakçısı olduğu iddia edilən 1678 nəfərin saxlanıldığı bildirilib.
Akif Nəsirli

0.081507921218872