Alma-ata hava limanı sabah açılacaq
Paralel.az INTERFAX.RU-ya istinadən xəbər verir ki, Alma-ata Beynəlxalq Hava Limanı yanvarın 13-də işini bərpa edəcək. Bunu Qazaxıstanın Mülki Aviasiya Komitəsi bildirib.
“Aeroport rəhbərliyinin ilkin məlumatına görə, daxili və beynəlxalq reyslər aviaşirkətin uçuş cədvəlinə uyğun olaraq saat 8.00-dan 21.00-dək həyata keçiriləcək”, - məlumatda deyilir.
Çərşənbə günü səhər saatlarında Alma-ata şəhərinin Akimi hava limanının yanvarın 19-dək - tətbiq edilən fövqəladə vəziyyətin sonuna qədər işləməyəcəyini bildirib. Daha sonra rəhbərlik bu mesajı səhv adlandırıb və üzr istəyib
.Yanvarın 6-dan hava limanının işinin bərpası ilə bağlı mütəmadi olaraq xəbərlər yayılsa da, hər dəfə bu tarixlər təxirə salınıb. Hava limanı hərbi nəqliyyat təyyarələrini, o cümlədən ixrac uçuşları üçün qəbul edir və göndərir.
Yanvarın 11-də Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev bildirib ki, sülhməramlıların ölkədəki missiyası başa çatıb və iki gündən sonra onların çıxarılmasına başlanılacaq. Daha sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, KTMT sülhməramlı kontingenti ölkədə vəziyyət tam sabitləşənə qədər Qazaxıstanda qalacaq.
Akif Nəsirli