Çinlə ABŞ arasında uçuşlar ləğv edilib

Çinlə ABŞ arasında uçuşlar ləğv edilib
 

Paralel.az xəbər verir ki, Çinlə ABŞ arasında uçuşlar ləğv edilib: “ABŞ-da bəzi aviaşirkətlərin Pekin administrasiyası tərəfindən Çinə uçuşları əngəllədiyi bildirilir.
Rəsmilərə görə, Çin dekabrın sonunda ölkəyə gələn bəzi sərnişinlərin Covid-19-a  müsbət testindən sonra ləğv qərarını verib.
American Airlines-ın verdiyi məlumata görə, yanvarın sonu və fevralın əvvəlində Dallas Fort-Uortdan Şanxaya 6 reys ləğv edilib.
United Airlines bu ayın sonunda San-Fransiskodan Şanxaya altı reysi ləğv etməli olduğunu söyləyib.
Fevralın əvvəlində Qış Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırlaşan Çin Covid-19 epidemiyasının yenidən şiddətlənməsindən sonra səyahət məhdudiyyətlərini artırır.
Çin hazırda daxil olan uçuşları 75 faizlə məhdudlaşdırır və sərnişinlərdən yola düşməzdən əvvəl və çatdıqdan sonra sınaqdan keçirilməyi tələb edir”.
Nigar

0.014283180236816