Dövlət Departamenti KTMT-nin Qazaxıstandan çıxarılmasına reaksiya verib

Dövlət Departamenti KTMT-nin Qazaxıstandan çıxarılmasına reaksiya verib
 

Paralel az xəbər verir ki, Birləşmiş Ştatlar Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin KTMT-nin sülhməramlı missiyasının başa çatması ilə bağlı bəyanatını alqışlayır və təşkilatı öz qüvvələrini ölkədən dərhal çıxarmağa çağırır.

Bu barədə Dövlət Departamentinin mətbuat katibi Ned Prays məlumat verib.

“Biz həmçinin prezident Tokayevin kollektiv sülhməramlı qüvvələrin öz missiyasını başa vurması barədə açıqlamasını alqışlayırıq...

.biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bütün kollektiv sülhməramlı qüvvələrini insan hüquqlarına hörmət etməyə və Qazaxıstan hökumətinin tələbinə uyğun olaraq Qazaxıstanı dərhal tərk etmək öhdəliyini yerinə yetirməyə çağırmağa davam edirik "deyə katib bildirib.
Akif Nəsirli

0.029208898544312