240-dan çox qaçqının öldürüldüyü xəbəri yayılıb
Paralel.az xəbər verir ki, Polşa əsgəri sərhəddə 240-dan çox qaçqının öldürüldüyünü deyib. Ria Novosti bu barədə xəbər yayıb: “Polşa hərbçiləri sərhəddə 240-dan çox miqrantı öldürüb. Belarus İstintaq Komitəsinə siyasi sığınacaq istəyən əsgər Emil Çeçko bu barədə məlumat verib.
Cinayət işinin istintaqı zamanı E.Çeçko bildirib ki, o, 2021-ci il iyunun 8-dən həmkarları ilə birlikdə sərhəd zolağında və Semyanovka kəndi yaxınlığında mütəşəkkil qətllərdə iştirak edib.
Çeçko dekabrın 16-da sərhəd zonasında saxlanılıb. O, “miqrasiya böhranı və qaçqınlara qarşı qeyri-insani rəftar praktikası ilə bağlı Polşanın hazırkı siyasəti ilə razılaşmadığına görə” Minskdən siyasi sığınacaq istəyib. O, Varşavanı miqrantların və iki könüllünün sistematik şəkildə qətlə yetirilməsində günahlandırıb, həmçinin qaçqınları güllələməyə məcbur olduğunu etiraf edib.
Polşa hakimiyyəti onu fərarilikdə ittiham edərək axtarışa verib. Onu on ilə qədər həbs gözləyir”.
Nigar