At ilxısı qisas məqsədilə güllələnib
Paralel.az xəbər verir ki, Petropavlovsk vilayətində 53 at öldürülməsi ilə bağlı cinayət işi başlanıb. Regional qanunvericilik məclisinin aqrar siyasət komitə sədri Sergey Serov ölü tapılan 50-dən çox atın qisas məqsədilə güllələndiyini deyib: “Əvvəllər baş verən hallar qazanc məqsədi ilə törədilən heyvan oğurluğu ilə bağlı olub. Petropavlovsk vilayətində cinayətkarlar açıq-aşkar qisas məqsədilə hərəkət edib. Orada kiçik tayları olan bütöv bir sürü vurulub”.
Nigar