Erməni ekspert: “Hətta bizə aidiyyatı olmayan məsələlərin həllində belə Ermənistan daima təxribatçı rolunda çıxış edir”
Paralel.az xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert Tiqran Abramyan öz Facebook səhifəsində yazıb: “Ermənistanın baş naziri Nikol Paşinyan məğlubiyyət simvoludur. Onun bu statusda olması daha çox məğlubiyyətlər gətirəcək.
Ermənistanın şərq sərhədindəki vəziyyət və Azərbaycanın müxtəlif ərazilərdə hansı hazırlıq işləri apardığı məlum olarsa, aydın olacaq ki, qoşunların yerdəyişməsi və ya texnikanın yığılması varmı?
Ermənistan hakimiyyətinin məğlubiyyətə meyilli mövqeyi və güzəştə getmək istəyi ölkəmizi regionda zəif halqaya çevirdi. Bunun nəticəsində hətta bizə aidiyyatı olmayan məsələlərin həllində belə Ermənistan daima təxribatçı rolunda çıxış edir”.
Nigar