Diabet üçün gözlənilməz fayda

Diabet üçün gözlənilməz fayda
 

Paralel.az xəbər verir ki, alimlər yağların mədəaltı vəzin artıq şəkərə uyğunlaşmasına kömək etdiyini müəyyən edib: “İsveçrə alimləri müəyyən edib ki, yağlar mədəaltı vəzinin beta hüceyrələrinə qan şəkərinin normal səviyyəsini saxlamağa kömək edir və bununla da 2-ci tip diabetin inkişafını ləngidir.
Statistikaya görə, 2-ci tip diabet dünyada hər on nəfərdən birində müşahidə olunur. O,  mədəaltı vəzində insulinin ifrazından məsul olan beta hüceyrələrinin funksiyasının pozulması nəticəsində baş verir.
70-ci illərdə beta hüceyrələrinin yağa məruz qalmasının onların məhvinə səbəb olduğunu bildirən lipotoksiklik anlayışı ortaya çıxıb. Buna görə də, dietoloqlar tez-tez 2-ci tip diabet xəstələrinə yağlı qidaları minimuma endirməyi tövsiyə edirlər. Cenevrə Universitetinin alimlərinin bu yaxınlarda apardıqları araşdırma isə göstərib ki, mədəaltı vəzinin insulin istehsal edən beta hüceyrələri əvvəllər yağa məruz qaldıqda, artıq şəkərdən daha az əziyyət çəkir”.
Nigar

0.022346973419189