Növbəti zəhərlənmə hadisəsi...

Növbəti zəhərlənmə hadisəsi...
 

Paralel.az xəbər verir ki, Nəsimi və Abşeron rayonlarında dəm qazından zəhərlənmə hadisələri baş verib. 

Zəhərlənənlərdən Aynur Məmmədzadə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Digər hadisəsi Xəzər rayonunda qeydə alınıb. 2004-cü il təvəllüdlü Əsgərova Könül İbadulla qızı yaşadığı evdə dəm qazından zəhərlənib. O da xəstəxanaya çatdırılıb.

Abşeron rayonu Digah qəsəbəsində də İki nəfər, Qasımova Fəridə Məhərrəm qızı və 1992-ci il təvəllüdlü Süleymanov İbrahim Etibar oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar da xəstəxanaya çatdırılıblar. Zərərçəkənlərin qohum olduğu bildirilir.

Şahnaz

Paralel.az

 

0.079624891281128