“Bu virusun yoluxuculuğu çox yüksəkdir”
Paralel.az xəbər verir ki, doktor Mədinə Abdullayevanın açıqlamasına görə, koronavirusdan qorunmağın əsas yolu vaksindən keçir:
“Peyvənd virusa yoluxanları ağırlaşma hallarından və xəstəxanaya düşməkdən qoruyur. Virusdan qorunmaq üçün gigiyena qaydaları da önəmlidir. Həm əl, həm də tənəffüs gigiyenasına riayət edilməlidir, xüsusilə də qapalı məkanlarda.
“Omikron” ştammının yoluxuculuğu çox yüksəkdir. Ona görə də qapalı məkanlarda ikiqat maska taxılmasını tövsiyə edirik”, deyə həkim bildirib.
Şahnaz Salehqızı