İsveç yanvarın 14-dən yeni məhdudiyyətlər tətbiq edəcək
Paralel.az,-ın məlumatına görə, İsveçin baş naziri Maqdalena Anderson bildirib ki, COVID-19-un rekord səviyyədə yayılması ilə əlaqədar ölkədə yeni məhdudiyyətlər tətbiq olunacaq.
Məhdudiyyətlər yanvarın 14-dən qüvvəyə minəcək.
İmkanı olan vətəndaşlar evdən işləyəcək. Bundan əlavə, 8-dən çox insanın restoran və barlara toplaşması qadağan ediləcək və bu müəssisələr yerli vaxtla saat 23:00-da bağlanacaq.
Baş nazir əhalini peyvənd etməyə çağırıb.
İsveçdə pandemiya zamanı 1,4 milyondan çox koronavirusa yoluxma hadisəsi müəyyən edilib, 15,000-dən çox yoluxmuş ölüb.
Akif Nəsirli