İrəvan-İstanbul reysini iki aviaşirkət icra edəcək
Paralel.az xəbər verir ki, iki aviaşirkət - “FlyOne Armenia” və “Pegasus Airlines” İrəvan-İstanbul-İrəvan marşrutu üzrə çarter reysləri həyata keçirmək üçün Mülki Aviasiya Komitəsindən icazə alıb.
Ermənistan KİV-i xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Eyni zamanda, “Flyone Armenia” şirkətinin İdarə Heyətinin sədri Aram Ananyan hazırda Türkiyə Aviasiya Administrasiyasından icazə gözlədiklərini bildirib.
Akif Nəsirli