Qazaxıstana yeni baş naziri təyin edildi
Paralel.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Əlixan Smailovu respublikanın baş naziri təyin edib.
Bu barədə yanvarın 11-də Tokayevin mətbuat xidməti məlumat yayıb.
“Smailov Əlixan Asxanoviç Qazaxıstan Respublikasının Baş naziri təyin edilsin”, - prezident administrasiyasının bəyanatında deyilir.
RİA Novosti yazır ki, bundan əvvəl Qazaxıstan parlamentinin aşağı palatasının deputatları Smailovun baş nazir postuna namizədliyini təsdiqləyiblər.
Əlixan Smailov 1972-ci il dekabrın 18-də Alma-Ata şəhərində anadan olub. 1994-cü ildə siyasətçi Əl-Farabi adına Qazax Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirib. Sonra Smailov dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb. Bu il yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Smailovu respublikanın baş naziri vəzifəsini müvəqqəti icra edən təyin edib.
RİA Novosti xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev respublika əhalisinin gəlirlərinin artırılması proqramının hazırlanması barədə göstəriş verib.
Akif Nəsirli