Qoruq işçisi milyon il əvvələ aid heyvan qalığı tapıb
Paralel.az xəbər verir ki, İngiltərənin Rutland Təbiət Qoruğunda 10 metr uzunluğunda heyvan qalığı tapılıb. Onun quruda gəzə bilən dəniz heyvanı ixtiozavrlara aid olduğu deyilib: “Rutland Təbiət Qoruğunda işləyən Co Devis bələdiyyəyə zəng edərək deyib ki, dinozavr tapıb.
Devis keçən ilin fevralında qoruğun abadlaşdırılması işləri zamanı palçıqda qeyri-adi bir varlıq görüb. Məlumata görə, onun tapdığı dinozavr deyil, ixtiozavr adlı 10 metr uzunluğunda yırtıcı heyvan olub.
Eyni zamanda, bu, Britaniya torpağında indiyə qədər tapılmış ən böyük ixtiozavr qalığıdır.
Mütəxəssislər də onun ixtiozavr olduğuna qərar verib. İxtiozavrlar isti qanlı, hava ilə nəfəs alan delfinlər kimi, uzunluğu 25 metrə qədər böyüyə bilən heyvanlardır və 250 milyon il ilə 90 milyon il əvvəl yaşayıb”.
Nigar