Tokayev KTMT sülhməramlıların tezliklə geri çəkiləcəyini açıqlayıb
Paralel.az xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, KTMT sülhməramlı qüvvələrinin əsas missiyası başa çatıb və iki gündən sonra sülhməramlıların ölkədən mərhələli şəkildə çıxarılmasına başlanılacaq.
"KTMT sülhməramlı qüvvələrinin əsas missiyası uğurla başa çatıb, iki gündən sonra KTMT-nin birləşmiş sülhməramlı kontingentinin mərhələli şəkildə çıxarılmasına başlanılacaq. Kontingentin çıxarılması prosesi on gündən çox çəkməyəcək”, - RİA Novosti ondan sitat gətirir.
O, parlament üzvlərinə müraciət edərək müvafiq bəyanatla çıxış edib.
Tokayev daha əvvəl bəyan etmişdi ki, KTMT sülhməramlı qüvvələri vəziyyət tam sabitləşənə qədər Qazaxıstanda qalacaq.
Yanvarın 10-da Qazaxıstan prezidenti bildirib ki, silahlılar KTMT kontingenti ilə hərbi-nəqliyyat təyyarələrinin gəlməsi səbəbindən prezident iqamətgahını ələ keçirməkdən imtina ediblər.
Akif Nəsirli