Gürcüstanda yoluxma sayı artır

Gürcüstanda yoluxma sayı artır
 

Məhdudiyyətlər tətbiq edilə bilər

"Əgər ölkədə epidemioloji vəziyyət dövlətin xəstələrə tibbi yardım göstərə bilməyəcəyi dərəcədə pisləşsə, bu zaman əlavə məhdudiyyətlərin tətbiqi müzakirə olunacaq".

Paralel.az xəbər verir ki, bu barədə Koordinasiya Şurasının Operativ Qərargah rəisi Giorgi Ğibradze, Hökumət Administrasiyasında keçirdiyi brifinq zamanı bildirib.

Onun sözlərinə görə, Koordinasiya Şurası yoluxma sayının hansı artım dərəcəsində məhdudiyyətlərin tətbiqi barədə yekun qərar verməyib:

“Biz konkret yoluxma sayından hələ danışmamışıq, lakin yoluxma hallarının sayı dövlətin xəstələrə tibbi yardım göstərə bilməyəcəyi dərəcədə pisləşərsə, bu zaman əlavə məhdudiyyətlərin tətbiq olunması müzakirə olunacaq. Hazırda yoluxma faktının artımı ilə bağlı müşahidələr davam edir",-deyə Ğibradze bildirib.

Qeyd edək ki, bu gün ölkə üzrə 5 486 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Bu günədək isə ölkədə 951 "Omikron"a yoluxma halı təsdiqlənib.
Akif Nəsirli

0.015461921691895